AZ

"Azərbaycan və Kolumbiya beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir" - POLİTOLOQ

"Azərbaycanın Latın Amerikası ölkələri ilə münasibətləri hər zaman müsbət dinamika ilə inkişaf edib. Coğrafi baxımdan uzaq məsafədə yerləşmələrinə baxmayaraq, bu region ölkələri ilə, o cümlədən Kolumbiya ilə Azərbaycanın yüksək səviyyəli münasibətləri mövcuddur".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib: "İki ölkə arasında siyasi, diplomatik, iqtisadi və ticarət sahələrində əməkdaşlıq ildən-ilə genişlənir. Həm Azərbaycan, həm də Kolumbiya müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir və konstruktiv əməkdaşlıq nümayiş etdirirlər.

Fərqli regionlarda yerləşmələrinə baxmayaraq, hər iki ölkə qarşılıqlı təcrübə mübadiləsi üçün geniş imkanlara malikdir. Xüsusilə yaşıl enerji, innovativ texnologiyalar və “ağıllı kənd” konsepsiyası kimi sahələrdə Azərbaycanın təcrübəsinin bölüşülməsi əməkdaşlıq üçün perspektivli istiqamətlərdəndir.

Eyni zamanda, yüksək səviyyəli qarşılıqlı səfərlər də münasibətlərin inkişafında mühüm rol oynayır. Bu baxımdan, Azərbaycan rəhbərliyinin Kolumbiya ilə əlaqələrə xüsusi önəm verməsi rəsmi Bakının Latın Amerikası istiqamətində açıq və fəal siyasət apardığını göstərir.

Ümumilikdə, Azərbaycan-Kolumbiya münasibətlərinin gələcəkdə daha da genişlənməsi üçün kifayət qədər ciddi potensial mövcuddur. Qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan bu əlaqələrin davamlı şəkildə inkişaf edəcəyi aydındır".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
0
1
sia.az

2Mənbələr