AZ

ABŞ-nin İranla müharibədə itkiləri açıqlanıb

İranla müharibə ərzində ən azı 399 Amerika əsgəri yaralanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokin məlumat verib. 

Hokins bildirib ki, artıq 354 əsgər xidmətə qayıdıb. Amerika əsgərləri arasında rəsmi ölüm sayı isə 13-dür.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıblar. İslam Respublikası hakimiyyəti Hörmüz boğazını ABŞ, İsrail və İrana qarşı təcavüzü dəstəkləyən ölkələrə məxsus gəmilər üçün bağlamaq qərarına gəlib. Aprelin 8-i gecəsi Vaşinqton Tehranla iki həftəlik atəşkəs elan edib. İranın Təcili Tibbi Yardım Təşkilatının məlumatına görə, müharibənin 40 günündə 3375 iranlı ölüb. Aprelin 11-də iki tərəf İslamabadda danışıqlar aparıb, lakin bir sıra fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər. Yaxın gələcəkdə ABŞ və İran nümayəndələri arasında yeni görüş keçirilə bilər.

Seçilən
27
xezerxeber.az

1Mənbələr