AZ

Paşinyandan qalmaqallı göstəriş iddiası: narazı seçicilərlə iş aparın  

Ermənistanda hakimiyyətlə bağlı diqqətçəkən iddia gündəmə gəlib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli “İravunk” qəzetinin yazdığına görə, baş nazir Nikol Paşinyan qubernatorlara xüsusi tapşırıq verib.

Mənbənin iddiasına görə, onlardan ev-ev gəzərək ən narazı vətəndaşları müəyyənləşdirmək və onların mövqeyini dəyişmək üçün mümkün olan hər şeyi etmək tələb olunub.

Sayt hakim “Vətəndaş müqaviləsi” partiyasındakı mənbələrə istinadən bildirir ki, Paşinyan “müxalif mövqedə olan vətəndaşların tədricən hakimiyyət tərəfinə keçməsinə nail olunmasını” istəyib.

Qeyd edək ki, bu məlumat rəsmi şəkildə təsdiqlənməyib və iddia xarakteri daşıyır.

Musavat.com

Seçilən
31
musavat.com

1Mənbələr