AZ

Dairədə “Yol ver” nişanına baxmayan sürücü qəzaya səbəbə oldu REAL VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Yol hərəkəti zamanı qaydalara əməl olunmaması qəza riskini artırır.

Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yayılan məlumatda bildirilib.

Qeyd olunub ki, sürücülər yalnız hərəkətdə olmaqla kifayətlənməməli, eyni zamanda yol nişanlarının tələblərinə də ciddi şəkildə riayət etməlidirlər. Əks halda yol-nəqliyyat hadisələrinin baş verməsi qaçılmaz olur.

Məlumata görə, qaydalara əməl edilmədikdə qəzalar baş verir, nəticədə həm hərəkət iştirakçılarına, həm nəqliyyat vasitələrinə, həm də yol infrastrukturuna ciddi ziyan dəyir. Bu isə yalnız maddi itkilərlə deyil, insan həyatı üçün də təhlükə ilə nəticələnə bilər.

Qurum sürücülərə müraciət edərək vurğulayıb ki, yol hərəkəti təhlükəsizliyi hər bir iştirakçının məsuliyyətindən asılıdır. Qaydaları pozmaqla deyil, onlara əməl etməklə nümunə olmaq vacibdir.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
avtosfer.az

1Mənbələr