ain.az, Konkret.az portalına istinadən məlumat verir.
Qazaxıstanda “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmalar İCAO standartlarına uyğun olaraq davam etdirilir.
KONKRET.az xəbər verir ki, Qazaxıstanın Nəqliyyat Nazirliyindən verilən məlumata görə, komissiyanın işi başa çatana qədər istintaqın gedişatı barədə məlumatlar açıqlanmayacaq.
Nazirlikdən izah edilib ki, tətbiq olunan bu məhdudiyyətlər aviasiya hadisələrinin araşdırılmasına dair milli qaydalar çərçivəsində həyata keçirilir.
Xatırladaq ki, 25 dekabr 2024-cü ildə “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” tipli təyyarə, J2-8243 Bakı–Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhərindən 3 km məsafədə qəzaya uğrayıb.
Təyyarədə ümumilikdə 67 nəfər (62 sərnişin, 5 ekipaj üzvü) olub. Onlardan 42 nəfəri Azərbaycan vətəndaşıdır (37 sərnişin, 5 ekipaj üzvü), 16 nəfəri Rusiya, 6 nəfəri Qazaxıstan, 3 nəfəri isə Qırğızıstan vətəndaşıdır. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
İlkin istintaq məlumatlarına görə, Qroznıya yaxınlaşarkən təyyarə Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən hücuma məruz qalıb.
Təyyarə qəzası ilə bağlı Qazaxıstanın Baş Nəqliyyat Prokurorluğu tərəfindən məhkəməyəqədər istintaq aparılır. Cinayət işi iki və daha çox şəxsin ölümü ilə nəticələnən təhlükəsizlik qaydalarının pozulması maddəsi üzrə qaldırılıb.
Rəsmi qurumlar hadisənin hərtərəfli və obyektiv öyrənilməsi üçün bütün zəruri tədbirlərin görüldüyünü vurğulasa da, istintaq sirri olduğu üçün detalların hələlik yayılmadığını bildiriblər.\\musavat.com
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.