AZ

Autizmli uşaqlarda loqopedik məşğələlərə nə vaxt başlamaq lazımdır? – Səhiyyə loqopedi

Bakı. Trend:

Loqopedlərə valideynlər hər yaş aralığında nitq qüsuru olanuşaqları ilə müraciət edə bilərlər. Əgər autizm erkən yaşlarda (1-3yaş arası) aşkar edilibsə, bu zaman psixo-pedaqoji, sensorterapiya, müalicəvi idman, özünəxidmət bacarıqları və s. kimiməşğələlərin olması məqsədəuyğundur.

Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında keçirilən canlı yayım zamanı nazirliyin Respublika PsixiSağlamlıq Mərkəzinin loqopedi Aygün Ələkbərova açıqlayıb.

O qeyd edib ki, loqopedik konsultasiyalar isə hər yaş aralığındaaparıla bilər:

"Valideynlərin narahatçılıqları başa düşüləndir, çünki bu cüruşaqlarda gözə görünən simptomlardan biri nitqin olmaması, nitqinkobut pozuğunluqlarıdır. Loqopedik məşğələləri üçün isə ən düzgünyaş dövrü 3-4 yaşdan 6 yaşa kimidir. 3 yaşa kimi uşaq hələməqsədyönlü məşğələlərə hazır deyil. Autizm sindromlu uşaqlar iləloqopedik iş əsasən kommunikativ bacarıqların inkişafı üzərindəaparılır: “İlk öncə istəklərini ifadə edə bilməsi üçün, sosialcavab reaksiyasını verməsi, informasiyanı cavablandırmaq, sualverməyi bacarması, emosiyalarını, hislərini ifadə etməyi bacarmalıvə onlar haqqında məlumat və ən önəmlisi dialoq bacarıqlarınınformalaşdırması üçün Autizm sindromlu uşaqlar ilə korreksion işfərdi yanaşma prinsipini üzərindən aparılmalı, loqopedmonoton,şablon metodlardan istifadə etməməli,istifadə etdiyimetodları konkret uşağa uyğun olmalı və onun maraqlarını nəzərəalmalıdır. Unutmamalıyıqki, autizm sindromlu uşaqların potensialimkanları çox önəmlidir".

Seçilən
0
5
az.trend.az

8Mənbələr