AZ

Media: ABŞ indiyədək İranla əlaqəli səkkiz neft tankerini saxlayıb

Bakı, 15 aprel, AZƏRTAC

ABŞ Hərbi Dəniz Qüvvələri blokadanın başlamasından bəri İran limanlarına daxil olmağa və ya çıxmağa çalışan səkkiz neft tankerini saxlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri mənbələrinə istinadla məlumat yayıb. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, Birləşmiş Ştatların raket esminesləri də İran limanlarının blokadasına qoşulub. Blokada İran limanlarına daxil olan və çıxan bütün ölkələrin gəmilərinə tətbiq olunur.

CENTCOM-un admiralı Bred Kuperin sözlərinə görə, blokadanın tətbiqindən 36 saatdan az müddət ərzində ABŞ qüvvələri İranın bütün xarici ticarətini dayandırıb. O, İran iqtisadiyyatının təxminən 90 faizinin beynəlxalq dəniz ticarətindən asılı olduğunu xatırladıb.

Seçilən
8
1
azertag.az

2Mənbələr