Xalq artisti Ənvər Sadıqov oğlu Hidayət Sadıqbəylini hərbi xidmətə yola salmağa hazırlaşır.
NOCOMMENT.az-ın məlumatına görə, sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, bildirib ki, oğlu yaxın günlərdə əsgərliyə yollanacaq.
Musiqiçi övladı ilə birgə çəkilən fotonu izləyiciləri ilə bölüşərək duyğusal fikirlərini də ifadə edib.
Ənvər Sadıqov paylaşımında bütün valideynlərə səslənərək övladların sağ-salamat xidmət edib geri qayıtmasını arzulayıb.\\milli.az
