UEFA Çempionlar Liqasının 1/4 finalında “Atletiko Madrid”ə məğlub olaraq turnirlə vidalaşan “Barselona”nın futbolçusu Rafinya cəzalandırıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, braziliyalı vinger matçdan sonra hakimlərin qərarlarını sərt tənqid edərək “Barselona”nın haqsızlığa məruz qaldığını bildirib. Bu açıqlama onun 3 oyunluq diskvalifikasiya almasına səbəb ola bilər.
Kataloniya təmsilçisi cavab oyununda 79-cu dəqiqədən etibarən azlıqda qalıb, həmçinin komandanın bir qolu qeydə alınmayıb.