AZ

Azərbaycan və İsveçrə arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Bakı. Trend:

Aprelin 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovİsveçrə Konfederasiyasının dövlət katibinin müavini, Federal Xariciİşlər Departamentinin Avrasiya şöbəsinin rəhbəri Pier-İv Fukslagörüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə verilən məlumata görə, görüşzamanı Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərincari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, enerji,nəqliyyat və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıqməsələlərini, beynəlxalq təşkilatlar və platformalar çərçivəsindəaparılan işləri, İsveçrənin ATƏT-in fəaliyyətdə olan sədrliyi üzrəplanları nəzərdən keçiriblər.

Bununla yanaşı, regional və beynəlxalq təhlükəsizlik məsələləri,o cümlədən postmünaqişə dövründə regionda mövcud vəziyyət,Azərbaycanın irəlilətdiyi sülh gündəliyi, həyata keçirdiyi bərpa vəquruculuq işləri, eləcə də minasızlaşdırma fəaliyyəti müzakirəolunub.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparıblar.

Eyni gündə, Azərbaycan və İsveçrə Xarici İşlər nazirlikləriarasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.Məsləhətləşmələrə Azərbaycan tərəfdən nazir müavini Fariz Rzayev,İsveçrə tərəfindən isə dövlət katibinin müavini Pier-İv Fuksrəhbərlik edib.

Məqalədə:
Seçilən
11
13
az.trend.az

10Mənbələr