AZ

Türkiyədə dişlərini itirən britaniyalı kişi intihar etdi: Uğursuz əməliyyat

Böyük Britaniyada 48 yaşlı anbar işçisi və üç övlad atasının intiharı ilə bağlı tükürpədici faktlar üzə çıxıb.

Publika.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, məhkəmə ekspertizası zamanı kişinin özünə qəsd etməsinə səbəb kimi Türkiyədə uğursuz keçən stomatoloji əməliyyat göstərilib.

Diş əti xəstəliyindən əziyyət çəkən Pavel Bukovski müalicə xərclərinin Britaniyadan daha ucuz olması səbəbindən Türkiyədəki özəl klinikalardan birinə üz tutub. Lakin implantasiya məqsədilə həyata keçirilən prosedurlar faciə ilə nəticələnib. Həkimlər onun bütün dişlərini çəksələr də, yerinə müvəqqəti protez qoymayıblar. Pasientə bildirilib ki, daimi implantların qoyulması üçün ən azı 6 ay gözləməlidir.

Vətəninə tamamilə dişsiz qayıdan ata bu vəziyyətə dözə bilməyib. Həyat yoldaşının sözlərinə görə, Pavel normal qidalanmaq qabiliyyətini itirib, özünə inamı kəskin şəkildə azalıb və bu da ağır depressiyaya, alkoqol asılılığına yol açıb.

Məhkəmə sənədlərində qeyd olunur ki, Bukovski dəfələrlə psixiatrik yardım üçün müraciət edib və intihar etmək fikrində olduğunu bildirib. Bütün bu şikayətlərinə baxmayaraq, o, vaxtında xəstəxanaya yerləşdirməyib. Nəticədə, növbəti müayinədən cəmi bir neçə gün sonra o, evində ölü tapılıb.

Seçilən
28
publika.az

1Mənbələr