AZ

Türkiyədə daha bir məktəbdə qətliam: Ölən və yaralananlar var

Türkiyədə məktəbə silahlı hücum olub.

Ölkə.Az haberler.com-a istinadla xəbər verir ki, hadisə Kahramanmaraşın Onikişubat rayonundakı Ayşer Çalık orta məktəbində baş verib.

Hadisə nəticəsində 4 nəfər ölüb, 20 nəfər isə yaralanıb. Ölənlərdən birinin müəllim, 3 nəfərin isə şagir dolduğu bildirilir.

Kahramanmaraş valisi Mükerrem Ünlüer hadisənin təfərrüatlarını açıqlayıb:

“8-ci sinif şagirdi çantasında keçmiş polis məmuru olan atasına məxsusolduğunu təxmin etdiyimiz 5 silah və 7 maqazinlə məktəbə gəlib. O, heç kimi hədəf almadan təsadüfi olaraq ölüm və yaralanmalara səbəb olub”.

Faktla bağlı araşdırma aparılıb.

Qeyd edək ki, ötən gün də Türkiyənin Şanlıurfa əyalətində məktəbə silahlı hücum olub. Hadisə nəticəsində 13 nəfər yaralanıb.

Hücumu məktəbin şagirdlərindən birinin həyata keçirdiyi məlum olub.

Billurə Yunus
 

Seçilən
15
olke.az

1Mənbələr