AZ

Rusiya Paşinyanın siyasətini dəyişmək istəyir

Azxeber.com portalından alınan məlumata görə, ain.az xəbər verir.

Samvel Karapetyan Ermənistanda parlament seçkilərində iştirak etmək üçün xarici ölkə vətəndaşlıqlarından imtina prosesinə başladığını açıqlayıb. Bu barədə Karapetyan məhkəmənin ilk iclasında çıxışı zamanı məlumat verib. O bildirib ki, seçkilərdə iştirak edəcəyinə və qələbə qazanacağına inandığı üçün Rusiya və Kipr pasportlarından imtina etmək qərarına gəlib.

Politoloq Zərdüşt Əlizadə AZXEBER.COM-a açıqlamasında deyib ki, Samvel Karapetyanın qalib gəlmək şansı çox azdır:

"Samvel Karapetyanın seçkilərə qatıldığı halda qalib gəlmək şansı çox azdır. Karapetyanın adı keçmiş hakimiyyətlərlə - Serj Sarkisyan və Robert Köçəryanla hallanır. Onlar rüşvətxor hakimiyyətin formalaşması və Ermənistanın Rusiyadan asılılığı kimi məfhumlarla eyniləşdirilir. Ona görə düşünürəm ki, o, Rusiya vətəndaşlığından imtina etsə belə, seçkilərdə qalib gəlməsi mümkün deyil”.

O deyib ki, Karapetyan pul vasitəsilə qalib gələ bilər:

"Karapetyanın çox pulu var. Ermənistanda əhali pula hərisdir. 1 dollara kimə desələr, səs verərlər. Əgər çoxlu pul xərcləsə, seçkilərdə qalib gəlməsi ehtimal oluna bilər”.

Politoloq qeyd edib ki, Rusiya Paşinyanın siyasətini dəyişmək istəyir:

"Rusiya Ermənistanda Nikol Paşinyanın siyasətini dəyişmək istəyir. Paşinyan Ermənistanı addım-addım Rusiyanın təsir dairəsindən çıxarır. Paşinyan Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmağa çalışır. Eyni zamanda Ermənistan Qərbə daha yaxın olmaq istəyir. Rusiya isə Ermənistanın onlardan asılı olmasını istəyir”.

Şahanə Ziyad

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
azxeber.com

1Mənbələr