2025-2027-ci illər üzrə dövlət borcu ilə bağlı göstəricilər açıqlanıb.
Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, dövlət borcunun 2026-cı ilin sonunda 27 milyard 604.1 milyon manata, 2027-ci ilin sonunda isə 29 milyard 200.8 milyon manata çatacağı gözlənilir.
2025-ci ilin sonunda Azərbaycanın dövlət borcu 25 milyard 987.5 milyon manat olub. Beləliklə, 2026 -2027-ci ilərdə (2 ildə) dövlət borcunun 3 milyard 213,3 milyon manat artacağı proqnozlaşdırılır.
