AZ

"Liverpul"un fiaskosu: Yarım milyard bir kuboka yetmədi

"Liverpul" bu mövsüm bir dənə də olsun kubok qazana bilməyəcək. 

Fanat.Az xəbər verir ki, mövsümün əvvəlində İngiltərə Super Kubokunu itirən, eyni zamanda ardıcıl olaraq İngiltərə Kuboku, Liqa Kuboku və nəhayət, Çempionlar Liqasından kənarlaşdırılan mersisaydlıların Premyer Liqada titul qazanmaq şansı həftəsonu riyazi olaraq da əldən çıxacaq.

Baxmayaraq ki, "qırmızılar" bu mövsüm transferlərə klub tarixində rekord büdcə xərclənib. 

"The Touchline" "Transfermarkt"-a əsasən hesablayıb ki, "Liverpul" bu mövsüm 7 oyunçunun alınmasına 500 milyon avrodan çox pul xərcləyib. 

Aleksandr İsak - 145 milyon avro
Florian Virts - 125 milyon avro
Uqo Ekitiek - 95 milyon avro
Jeremi Jake - 64 milyon avro
Miloş Kerkes - 47 milyon avro
Jeremi Frimponq - 40 milyon avro
Covanni Leoni - 31 milyon avro.

Ümumilikdə, klub bu transferlərə 546 milyon avro xərcləyib - bu, "Liverpul" üçün mütləq rekord göstəricidir. 

"Liverpul" Çempionlar Liqasının 1/4 finalının cavab oyununda ikinci dəfə (0:2) PSJ-yə məğlub olub və turnirdən kənarlaşdırılıb.

Mirağa

Seçilən
21
1
fanat.az

2Mənbələr