AZ

Yasamalda evdə baş verən yanğın zamanı xəsarət alan olmayıb

Bakının Yasamal rayonunda evdə baş verən yanğın zamanı xəsarət alan olmayıb.

SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəis müavini Ruslan Pirəlizadə deyib.

O bildirib ki, Vidadi küçəsində evdə baş verən yanğınla bağlı FHN-in "112" qaynar telefon xəttinə məlumat daxil olub:

"Məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub. Hər mərtəbəsi 60 kvadratmetr olan taxta konstruksiyadan ibarət kommunal tipli yaşayış evinin ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb. Yanğınsöndürənlərin reaksiyası nəticəsində yanğının digər evlərə keçməsinin qarşısı alınıb. Yanğın tam söndürülüb, xəsarət alan olmayıb".

Seçilən
13
4
sia.az

10Mənbələr