Bakı. Trend:
Azərbaycan uzun illərdir ki, praqmatik və düşünülmüş siyasətyürüdərək dünya miqyasında öz yerini və çəkisini formalaşdırmış birölkəyə çevrilib. Ölkəmizin əldə etdiyi uğurların əsasında məhz buardıcıl və məqsədyönlü siyasi kurs dayanır.
Trend xəbər verirki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Trend BİA-nın direktormüavini, siyasi şərhçi Sahil Kərimli bildirib.
O bildirib ki, bu gün dünyada baş verən siyasi proseslər ciddinarahatlıq doğurur. Müxtəlif bölgələrdə qanlı toqquşmalar,qarşıdurmalar və müharibələr davam edir. Ancaq ölkələrə qarşı artanbeynəlxalq təhdidlər fonunda Azərbaycan balanslı və uzaqgörənsiyasət yürüdərək öz dövlət müstəqilliyini və suverenliyiniqoruyur, eyni zamanda, mövcud riskləri səmərəli şəkildəneytrallaşdırır.
“Azərbaycanın beynəlxalq aləmdə etibarlı və inamlı tərəfdaş kimitanınması xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizin sözünün imzası iləüst-üstə düşməsi, sülhə və təhlükəsizliyə verdiyi töhfələr onuqlobal proseslərdə seçilən və hörmətlə qarşılanan dövlətlərdənbirinə çevirib. Təsadüfi deyil ki, Azərbaycan hələ illər əvvəldünya miqyasında mühüm əhəmiyyət daşıyan enerji layihələrinintəşəbbüskarı və icraçısı olub. Xüsusilə Avropanın enerjitəhlükəsizliyinin təmin edilməsində ölkəmizin rolu böyükdür.Bununla yanaşı, Azərbaycanın həyata keçirdiyi iqtisadi layihələr,logistika və beynəlxalq tranzit yükdaşımaları sahəsində gördüyüişlər, həmçinin yaşıl və alternativ enerji istiqamətindəreallaşdırdığı təşəbbüslər qlobal miqyasda mühüm töhfədir. Ölkəmiziqtisadi əməkdaşlığa xüsusi önəm verməklə yanaşı, regionda sülhünvə təhlükəsizliyin möhkəmlənməsinə də xidmət edir”, - deyəpolitoloq əlavə edib.
S.Kərimli qeyd edib ki, bu baxımdan Prezident İlham ƏliyevinGürcüstana son səfəri zamanı səsləndirdiyi fikirlər də xüsusidiqqətə layiqdir.
“Dövlətimizin başçısının vurğuladığı kimi, bölgədə uzunmüddətlisülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasında iqtisadiəməkdaşlığın rolu olduqca böyükdür. Azərbaycan daim xoş niyyətli vəqarşılıqlı faydalı layihələr həyata keçirərək, bu siyasətiniardıcıl şəkildə davam etdirir. Məhz bu yanaşma sayəsində ölkəmiz bugün qlobal proseslər fonunda öz müstəqil və prinsipial siyasikursunu uğurla nümayiş etdirir. Nəticə etibarilə, Azərbaycanınbalanslı və düşünülmüş siyasəti bu gün bir çox ölkələr üçün nümunəkimi dəyərləndirilir”, - deyə o vurğulayıb.