AZ

Azərbaycanın 2030-cu ilə qədər olan iqtisadi artım proqnozu açıqlanıb

Bakı, 15 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin mart ayında təqdim olunan proqnozlara əsasən baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2027-2030-cu illər üçün 65 dollar olacağı fərz edilib. Proqnozlara əsasən 2027-ci ilin sonuna ÜDM-in həcmi 139 milyard manat təşkil edəcəyi, 2030-cu ildə isə 166,9 milyard manata qədər artacağı gözlənilir.

AZƏRTAC Maliyyə Nazirliyinin 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsinə istinadla xəbər verir ki, ÜDM-də qeyri-neft-qaz sektorunun payının 2025-ci ildəki 71,5 faizdən 2027-ci ildə 78 faizə, 2030-cu ildə isə 81,8 faizə çatacağı gözlənilir. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3, faiz, qeyri-neft-qaz ÜDM-in 4,2 faiz olacağı proqnozlaşdırılır.

İqtisadiyyat Nazirliyinin təqdim etdiyi məlumatlara əsasən, 2026-cı ildə neft və qaz hasilatının həcminin azalacağı gözlənilir. 2029-2030-cu illərdə neft və əmtəəlik qaz hasilatı üzrə artımın müşahidə olunması ilə neft-qaz sektorunda artım proqnozlaşdırılıb.

Seçilən
12
4
azertag.az

10Mənbələr