AZ

ABŞ İrana ordu yeridir - Müharibə yenidən başlayır?

ABŞ İrana qarşı təzyiqləri ən pik həddə çatdırmağa hazırlaşır. "Washington Post" nəşrinin yaydığı məlumata görə, prezident Donald Trampın göstərişi ilə Yaxın Şərqə minlərlə hərbçi göndərilir.

Publika.az xəbər verir ki, Pentaqon yaxın günlərdə bölgədəki hərbi gücünü ciddi şəkildə artıracaq. Məqsəd rəsmi Tehranı Vaşinqtonun şərtləri daxilində yeni saziş imzalamağa məcbur etməkdir.

Məlumata görə, "USS George H.W. Bush" aviadaşıyıcısı və onu müşayiət edən gəmilər vasitəsilə bölgəyə 6000 nəfərlik hərbi qüvvə dislokasiya olunacaq. Artıq ayın sonuna qədər 4200 hərbçinin təyin olunmuş nöqtələrə çatacağı gözlənilir.

Bildirilir ki, hərbi blokada nəticə verməsə, ABŞ ordusu İran ərazisində quru əməliyyatlarına başlaya bilər. Bu, bölgədə böyük müharibə riskini real həddə çatdırıb.

Seçilən
11
26
publika.az

10Mənbələr