AZ

Rəşid Behbudov adına Mahnı Teatrında “Barış Manço Gecəsi” adlı konsert proqramı təqdim olundu FOTO

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində türk musiqisinin əfsanəvi siması Barış Manço yaradıcılığına həsr olunmuş möhtəşəm "Barış Manço Gecəsi" adlı konsert proqramı təqdim olundu.

Konsertdə Barış Mançonun illərdir türk musiqisində xüsusi yer tutan unudulmaz hitləri gecənin əsas ifaçıları Arzu Hüseynov və Royal Musanın təqdimatında, Mahnı Teatrının "STB" pop qrupunun müşayiətilə canlı səslənib. Proqram çərçivəsində səsləndirilən əsərlər sənətkarın zəngin irsini yaşadan və müxtəlif nəsillər tərəfindən sevilən kompozisiyalardan seçilib.

Tamaşaçılar "Gülpembe", "Dağlar Dağlar", "Arkadaşım Eşek", "Alla beni pulla beni", "Yaz dostum", "Can bedenden çıkmayınca" və digər məşhur hitləri dinləmək imkanı əldə ediblər. Musiqisevərlər üçün nəzərdə tutulan bu gecə nostalji duyğularla zəngin olmaqla yanaşı, yüksək səhnə enerjisi ilə seçilərək yadda qalan unudulmaz konsert proqramı olub.

Qeyd edək ki, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı gənclərin yaradıcılıq potensialının inkişafına dəstək göstərərək müxtəlif konsert proqramları təşkil edir. Bu təşəbbüslər çərçivəsində gənclərə peşəkar kollektivlərlə bərabər böyük səhnədə çıxış imkanı yaradılır, onların peşəkar inkişafına töhfə verilir. 

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
news.milli.az

2Mənbələr