AZ

İran Qırmızı dənizi, körfəzləri bağlamaqla hədələyib

Bakı, 15 aprel, AZƏRTAC

ABŞ-nin dəniz blokadası davam edərsə, İran Silahlı Qüvvələri körfəzləri bağlayacaq, eləcə də Qırmızı dənizdə ticarətə mane olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qoşun Qərargahının komandanı Əli Əbdullahi bildirib.

Onun sözlərinə görə, ABŞ-nin bölgəyə qanunsuz dəniz blokadasını davam etdirəcəyi və İran ticarət gəmiləri və neft tankerləri üçün təhlükəli mühit yaradacağı təqdirdə bu addım atəşkəsin pozulması hesab ediləcək. Əbdüllahi vurğulayıb ki, belə olan halda İran Silahlı Qüvvələri körfəzləri bağlayacaq, eləcə də Qırmızı dənizdə heç bir ixrac və ya idxalın davam etdirilməsinə yol verməyəcək və ölkənin milli maraqlarına uyğun hərəkət edəcək.

Aprelin 13-də ABŞ-nin İran limanlarına daxil olan və çıxan bütün dəniz nəqliyyatını hədəf alan Hörmüz boğazına dəniz blokadası tətbiq etdiyi məlum olub. Məhdudiyyətlər İrandan kənar limanlara gedən və oradan çıxan gəmilərə şamil edilmir. Ərzaq, dərman və digər zəruri mallar da daxil olmaqla humanitar yardımın daşınmasına yoxlama şərtilə icazə verilə bilər.

ABŞ Prezidenti İslamabadda İranla danışıqların uğursuzluğundan sonra Hörmüz boğazının blokadasını elan edib. Danışıqların yeni mərhələsi müzakirə olunur. “Reuters” və “The Atlantic”in məlumatına görə, danışıqlar artıq bu həftə baş tuta bilər.

Seçilən
5
2
azertag.az

3Mənbələr