AZ

Eldəniz Cəfərov: “Əvvəllər sürət həddinin olmaması bəzi sürücülərin bundan sui istifadə etməsinə səbəb olurdu”

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ödənişli avtomagistrallarda maksimum sürət həddi saatda 130 km təsdiqlənib. Bizimyol.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişikliyi imzalayıb. Belə ki, minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənardakı ödənişli avtomagistrallarda - sürət həddi saatda 130 kilometrdən çox, başqa avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə ödənişli avtomagistrallarda maksimum sürət saatda 90 kilometrdən çox olmamalıdır.Ödənişli yolların tətbiqinin əsas məqsədi nədir? Bu yollar başqa yollardan nə ilə fərqlənəcək?

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ödənişli yollar əsasən mövcud yollara alternativ olur: “Bu yollardan istifadə edən nəqliyyat vasitələri mənzil başına daha qısa müddətdə çata bilir. Məlum olduğu kimi, artıq bu yollarda sürət həddi də müəyyənləşdirilib. Əvvəllər sürət həddinin olmaması bəzi sürücülərin bundan sui-istifadə etməsinə, yüksək sürətlə hərəkət etməsinə və nəticədə müəyyən yol qəzalarına səbəb olurdu. Hazırda isə maksimum sürət həddi 130 km/saat müəyyən edilib ki, müəyyən risklər azalsın. Eyni zamanda bu, ödənişli yolun “sürətli yol” statusunu da azaltmır, yəni yol sürətli yol kimi fəaliyyətini davam etdirir. Azərbaycanda magistral yollarda maksimum sürət həddi 110 km/saat olduğu halda, bu istiqamətdə qanunvericiliyə müəyyən dəyişikliklər olundu və artıq sürətli yollar üçün maksimum sürət həddi müəyyən edilib. Bu da imkan verir ki, həmin yoldan istifadə edən vətəndaşlar istədikləri ünvana daha tez və maneəsiz çata bilsinlər. Belə yollarda adətən kəsişmələr və maneələr olmur, buna görə də vaxt itkisi də minimuma enir”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
50
bizimyol.info

10Mənbələr