AZ

İlk iki qolu futbolçumuzun fərdi keyfiyyəti hesabına vurduq Qəzənfər Abbasov növbəti darmadağını dəyərləndirdi

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

2-ci Liqanın 22-ci turu çərçivəsində dünən "Quba"nı qəbul edən "Qaradağ Lökbatan" 5:1 hesablı darmadağına sevindi. Qəsəbə təmsilçisinin baş məşqçisi Qəzənfər Abbasovla əlaqə saxlayıb qələbəni şərh etməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Quba" həqiqətən yaxşı komandadır. Onların əsas hücumçuları oynamırdı. Bundan başqa, müdafiədə də bir ciddi itkiləri var idi. Belə desək, iki-üç vacib oyunçuları bizə qarşı oynamadı. 

İlk qolu birinci hissənin sonlarında vurduq. Fasiləyə qədər rəqibin də real qol imkanı oldu. "Quba" həmlələrimizi yaxşı müdafiə olunmaqla qarşılasa da, 43 və 45-ci dəqiələrdə qeydə alınan ilk iki qolu futbolçumuzun fərdi keyfiyyəti hesabına vurduq. Bu səbəbdən ikinci hissəyə daha rahat başladıq. Rəqib də bir qədər həvəsdən düşmüş və yorulmuşdu. Fasilədən sonra daha üç qol vura bildik. "6-lığ"ın oyunlarına az qalıb. Getdikcə vaxt daralır. Biz də çempion olmaq üçün əlimizdən gələni edirik və edəcəyik".

Toğrul 

 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
1
fanat.az

10Mənbələr