AZ

Özbəkistan Prezidenti Sergey Kiriyenko ilə görüşdü

BAKI, 15 aprel. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf xəbər verir ki, görüşdə Özbəkistan-Rusiya strateji tərəfdaşlığı və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi çərçivəsində ən yüksək səviyyədə əldə edilmiş razılaşmaların həyata keçirilməsi məsələləri nəzərdən keçirilib.

Qeyd edilib ki, bütün sahələrdə fəal dialoq aparılır, ticarətin həcmi intensiv şəkildə artır, sənaye əməkdaşlığı üzrə mühüm layihələr həyata keçirilir, mədəni-humanitar mübadilələr genişlənir.

Özbəkistanda ilk inteqrasiya olunmuş atom elektrik stansiyasının tikintisi layihəsinin həyata keçirilməsi və dinc nüvə enerjisi sahəsində əməkdaşlığa da xüsusi diqqət yetirilib.

Rəqəmsal texnologiyalar, gənclər və informasiya siyasəti, media və vətəndaş təşəbbüslərinin inkişafı sahələrində əməkdaşlığın intensivləşdirilməsi barədə razılaşma əldə edilib.

Seçilən
7
teleqraf.com

1Mənbələr