AZ

Sükan arxasında musiqi: kömək, yoxsa təhlükə? FOTO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Müasir sürücülərin musiqisiz hərəkət etməsini təsəvvür etmək çətindir. Xarici statistika sürücülərin 80 faizdən çoxunun hərəkət zamanı musiq dinlədiyini göstərir. Bəs bu vərdiş nə dərəcədə doğrudur?

Avtosfer.az xəbər verir ki, musiqi emosional fon yaradaraq stresi müəyyən qədər azaldır. Bu da əsasən tıxac zamanı faydalıdır. Bununla belə, “The Conversation” nəşrinin ekspertləri musiqinin rolunun birmənalı olaraq müsbət qiymətləndirilməsinin əleyhinədirlər. 

Təhlillər göstərir ki, musiqi müsbət emosional fon yaratmaqla bərabər, sürücünün idarəetmə keyfiyyətinə mənfi təsir edə bilər. Musiqiyə aludə olan sürücülər çox vaxt sürət rejiminə nəzarəti yaddan çıxarır, ara məsafəsinə diqqət yetirmirlər.

Musiqiyə qulaq asan sürücünün qəza törətmək riski asmayanlara nisbətdə yüksək olur.

Bundan başqa, musiqi sürücünün koqnitiv (zehni) yükünü artırır, sinir sisteminin uzun müddət oyaq qalmasına səbəb olur. Belə vəziyyət çox davam edərsə, sürücü yoldan daha çox musiqiyə diqqət yetirir və qəza ehtimalı artır. 

Musiqi səsinin yüksəkliyi də vacib amildir. Yüksək səslə və aqressiv musiqi dinləyənlər daha aqressiv maşın sürürlər. Aşağı səslə dinləyənlər isə daha yavaş idarəetməyə meyillidirlər.

Vüqar Yaşaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
avtosfer.az

1Mənbələr