ain.az, Avtosfer saytına istinadən bildirir.
Paytaxtın Tbilisi prospektində sərnişin daşıma qaydalarını pozan sürücü qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 15-i səhər saatlarında baş verib. Görüntülərdə hərəkətdə olan 99-FO-110 dövlət nömrə nişanlı “Dong Feng” markalı avtomobildə azyaşlı sərnişinlərin təhlükəli davranışı əks olunub. Belə ki, onlardan biri başını, digəri isə bədəninin bir hissəsini nəqliyyat vasitəsinin şüşəsindən çölə çıxarıb. Bu isə yol hərəkəti zamanı ciddi təhlükə riskinin yaranmasına səbəb olub.
Qeyd edək ki, qanunvericiliyə əsasən, sərnişinlər hərəkətdə olan avtomobildə oturacaqdan istifadə etməli, təhlükəsizlik kəməri taxılmalı və bədənin heç bir hissəsi nəqliyyat vasitəsinin pəncərəsindən kənara çıxarılmamalıdır. Sürücü isə sərnişinlərin bu qaydalara əməl etməsinə nəzarət etməli, onların təhlükəsiz daşınmasını təmin etməlidir. Bu kimi hallarda qayda pozuntusu inzibati məsuliyyət yaradır və sürücü qanunvericiliyə uyğun qaydada cavabdehlik daşıyır.
Nərmin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.