AZ

“Rusiya İranı vədlərlə bu istiqamətə yönləndirə bilər” – Kənan Novruzov

"Birincisi, “töhfə verilmək” ifadəsi ilə konkret olaraq nə nəzərdə tutulduğu daha aydın və detallı şəkildə izah edilməlidir ki, burada hansı mexanizmin və ya prosesin nəzərdə tutulduğu tam başa düşülsün. İkincisi isə İranın buna ümumiyyətlə razı olub-olmadığı məsələsi daha geniş müzakirə edilməli və bu mövqenin hansı şərtlər daxilində formalaşa biləcəyi diqqətə alınmalıdır. İran uzun illərdir uğrunda mübarizə apardığı nüvə yanacağını və belə demək mümkünsə, əsas “kozırını” Rusiyaya verəcəkmi, yoxsa bu ehtimal yalnız nəzəri müzakirə səviyyəsində qalacaq? Yaxud Rusiya bu məsələdə İranı yanıldırmı və ya müəyyən vədlərlə onu bu istiqamətə yönləndirməyə çalışırmı? Bu sualların da əvvəlcədən daha dəqiq şəkildə aydınlaşdırılması vacibdir. ABŞ-nin mövqeyinə gəldikdə isə, Vaşinqtonun buna razı olub-olmayacağı daha çox məsələnin aktuallaşacağı təqdirdə Rusiya-ABŞ münasibətlərinin mövcud vəziyyətindən və iki ölkə arasındakı təmasların hansı nəticə verəcəyindən birbaşa asılı olacaq. Əsas sual isə dəyişməz olaraq qalır: Rusiya ABŞ-ı razı sala biləcəkmi, ya yox və bu proses hansı çərçivədə baş verə bilər?".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Qeyd edək ki, Rusiyanın İranın zənginləşdirilmiş uran ehtiyatlarının gələcəyi ilə bağlı prosesdə iştirak etməyə hazır olduğunu bəyan etməsi məsələni yenidən beynəlxalq gündəliyin əsas mövzularından birinə çevirib. Sergey Lavrovun səsləndirdiyi bu açıqlama fonunda mümkün inkişaf variantları və tərəflərin mövqeləri geniş şəkildə müzakirə predmetinə çevrilib.

Siyasi şərhçi qeyd edib ki, təbii olaraq İranı razı salmaq asan görünmür və bu proses kifayət qədər mürəkkəb və çoxşaxəli xarakter daşıyır.

Seçilən
28
aznews.az

1Mənbələr