AZ

İlk xəyanətimi 8 yaşımda etmişəm

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Məşhur müğənni Aleyna Tilki qatıldığı proqramda uşaqlıq illəri ilə bağlı diqqətçəkən açıqlamalar verib. Sənətçi cəmi 8 yaşında olarkən qarşılaşdığı sevgi üçbucağından danışaraq həm aldadıldığını, həm də eyni vaxtda başqa birini aldatdığını bildirib. "Hitmakers | Arem & Arman" proqramının qonağı olan ifaçı şəxsi həyatının bu vaxta qədər məlum olmayan maraqlı tərəflərini bölüşüb.Demokrat.az xəbər verir ki, Aleyna Tilki ibtidai siniflərdə oxuyarkən duyğusal dünyasında yaşadığı ilk sarsıntının tarixçəsini danışıb. Müğənni həmin yaşlarda mürəkkəb bir münasibətin içində qaldığını qeyd edərək "8 yaşımda olarkən aldadıldım" deyə vurğulayıb. Lakin ulduzun sözlərinə görə, o, hadisənin yalnız qurbanı olmayıb, həm də bənzər addımı özü də atıb.İfaçı uşaqlıq illərindəki davranışını bu sözlərlə izah edib: "Xoşum gələn bir uşaq var idi, amma mən də birini aldadıb onunla sevgili olmuşdum". Tilkinin bu səmimi etirafları studiyada maraqla qarşılanıb.Müğənni o dövrdə bu anlayışların mahiyyətini tam dərk etmədiyini, lakin baş verənlərin digər tərəfə mənfi təsirini hiss etdiyini bildirib.Gənc sənətçi keçmişdə yaşadığı bu hadisəyə görə keçirdiyi hissləri belə təsvir edib: "Aldatmağın nə olduğunu o vaxtlar tam bilmirdim. Lakin qarşımdakı uşağın nə qədər çox üzüldüyünü gördüm və vəziyyəti ancaq o zaman anladım".İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
demokrat.az

1Mənbələr