AZ

Silahlı hücumda ölənlərin sayı artdı - Yenilənib

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə silahlı insident baş verib.

Sitat.info “NTV”yə istinadən xəbər verir ki, hadisə Onikişubat bölgəsində Ayser Çalık orta məktəbində qeydə alınıb.

İlkin məlumata görə, məktəbə silahlı hücum baş verib və insident zamanı 6 nəfər yaralanıb.

Kahramanmaraş valisi Mükerrem Ünlüer hadisə zamanı ölənin olduğunu açıqlayıb.

Xatırladaq ki, dünən Türkiyənin Şanlıurfa vilayətində Ömer Ket adlı 19 yaşlı gənc avtomatla liseyə daxil olaraq ətrafdakı insanlara atəş açıb. Hadisə zamanı aralarında şagird və müəllimlərin də olduğu 16 nəfər xəsarət alıb. Ö.Ket daha sonra eyni silahla özünə atəş açaraq intihar edib.

***

“TRT Haber”in məlumatına görə, hadisə zamanı 4 nəfər həlak olub, daha 20 nəfər isə yaralanıb.

Yaralılardan dördünün vəziyyəti ağırdır. Ölənlərdən biri müəllim, digər üçü isə şagird olub. Hadisənin məktəbin 8-ci sinif şagirdi tərəfindən törədildiyi bildirilib.

Həmin şagird iki sinfə daxil olaraq ətrafa atəş açıb. O, bel çantasında məktəbə 5 silah gətirib.

***

Mükerrem Ünlüer şagirdin daha sonradan intihar etdiyini açıqlayıb.

***

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi baş vermiş hücum nəticəsində 8-i şagird və 1-i müəllim olmaqla, ümumilikdə 9 nəfərin həyatını itirdiyini açıqlayıb.

Seçilən
20
sitat.info

1Mənbələr