AZ

9 nəfəri qətlə yetirənin atası polis rəisi, anası müəllim imiş Saxlanıldılar

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Qəhrəmanmaraş şəhərində orta məktəbdə 9 nəfərin ölümü ilə nəticələnən silahlı hücumdan sonra hüquq-mühafizə orqanları hərəkətə keçib. 14 yaşlı hücumçunun yüksək rütbəli polis zabiti olan atasından sonra, müəllim anası da saxlanılıb.

Milli.Az xəbər verir ki, 14 yaşlı İsa Aras Mersinli Onikişubat rayonundakı Ayser Çalık Orta Məktəbinə silahlı hücum təşkil edib.

Hücum nəticəsində 8 şagird və 1 müəllim olmaqla ümumilikdə 9 nəfər həyatını itirib, 13 nəfər isə yaralanıb.

8-ci sinif şagirdi olan İsa Aras məktəbə atasının olduğu təxmin edilən 5 silah və 7 dolu daraqla gəlib.

O, xüsusilə 5-ci sinif şagirdlərinin olduğu iki sinif otağına daxil olaraq hədəf seçmədən atəş açıb. Hadisənin sonunda gənc hücumçu intihar edib.

Faciədən sonra başlanan istintaq çərçivəsində hücumçunun ailəsi diqqət mərkəzinə düşüb.

Atası1-ci dərəcəli polis rəisi və polis baş müfəttişi olan Uğur Mersinli hadisədən dərhal sonra saxlanılıb.

Anası Dil və Ədəbiyyat müəllimi olan Peyman Pınar Mersinli də bu gün axşam saatlarında polis tərəfindən nəzarətə götürülüb.

Lalə Qüdrətova

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
2
news.milli.az

10Mənbələr