AZ

"Yuventus" Avropanın zirvəsinə qayıtmaq üçün sərvət xərcləyəcək

Turin təmsilçisi "Yuventus" yenidən Avropa futbolunun elitasına qayıtmaq üçün iddialı transfer planı hazırlayıb.

Fanat.Az xəbər verir ki, klubun yay transfer siyahısında dünya ulduzlarının adları yer alır. Robert Levandovski, Bernardo Silva və Alisson kimi təcrübəli oyunçularla yanaşı, Darvin Nunyez və Kim Min-Je kimi gənc ulduzlar da hədəfdədir.

"Qoca sinyora"nın müdafiə xəttini isə Rikkardo Kalafiori ilə gücləndirmək istədiyi bildirilir.

Bu böyük büdcəli planın həyata keçməsi üçün klubun bəzi oyunçuları ilə yollarını ayıracağı da istisna edilmir.

Seçilən
2
1
fanat.az

2Mənbələr