AZ

Ermənistan hava məkanını bağlayır

3-dən 5-dək Ermənistan Respublikasının hava məkanında ümumi aviasiyanın bütün növlərinin, o cümlədən mülki pilotsuz uçuş aparatlarının uçuşları qadağandır.

Ölkə.az xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb. 

“3-5 may 2026-cı il tarixlərində Ermənistanda keçirilməsi planlaşdırılan genişmiqyaslı tədbirləri (8-ci Avropa Siyasi Birliyinin Zirvə Toplantısı, Ermənistan-Aİ Sammiti və Yerevan Dialoqu) və bu tədbirlərdə iştirak edəcək çoxlu sayda xarici nümayəndə heyətini nəzərə alaraq, təhlükəsizlik baxımından hava məkanında ümumi aviasiyanın bütün növlərinin, o cümlədən mülki pilotsuz uçuş aparatlarının uçuşları qadağandır”, - bəyanatda deyilir.(qafqazinfo)

Seçilən
1
5
olke.az

8Mənbələr