AZ

Azərbaycanda boşanma prosesləri ilə bağlı YENİ MƏRHƏLƏVİDEO

Alimentə görə hansı hallarda mənəvi zərər tutula biləcəyi açıqlanıb.

Xezerxeber.az xəbər verir ki, ailə daxilində hüquqların pozulması artıq təkcə mülki öhdəlik deyil, həm də mənəvi məsuliyyət doğurur. Ali Məhkəmənin "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" son qərarı bu sahədə boşluqları doldurur. Əsas yeniliklərdən biri uşaqla ünsiyyət hüququnun pozulması ilə bağlıdır. Əgər bir valideyn digərinin uşaqla görüşməsinə əsassız mane olursa, bu, həm uşağın, həm də valideynin şəxsiyyət hüququnun pozulması hesab edilir. Üstəlik, bu hüquq məhkəmə qərarı ilə deyil, uşaq doğulduğu andan yaranır.

Məhkəmənin izahında aliment məsələsinə də toxunulub. Bildirilir ki, alimentin ödənilməməsi birbaşa mənəvi zərər sayılmasa da, əgər bu səbəbdən uşağın təhsili, sağlamlığı və ya inkişafı ciddi zərər görərsə, valideyn kompensasiya tələb edə bilər. Eyni qayda uşağın ölkədən çıxışına qanunsuz qadağa qoyulması hallarına da aiddir.

Bəs mənəvi zərərin məbləği necə müəyyən olunur? Qanunvericilikdə konkret rəqəm varmı?

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
27
1
xezerxeber.az

2Mənbələr