AZ

​Bu müğənni 9 dəfə ərdə olub -

Türkiyədə məşhur müğənnilərin həyat yoldaşlarını tez-tez dəyişməsi artıq heç kimi təəccübləndirmir. Ən çox ər dəyişən sənətçilərin siyahısına 64 yaşlı Seda Sayan başçılıq edir. Metbuat.az xəbər verir ki, Seda Sayan 9 dəfə ailə həyatı qurub. Bu evliliklərin 7-si rəsmi qaydada, ikisi isə imam nikahı ilə gerçəkləşib. Müğənni ilk dəfə 26 yaşında izdivaca girib. O, 1987-ci ildə məşhur futbolçu Rıdvan Kılıça ərə gedib. Sənətçinin ikinci həyat yoldaşı da futbolçu olub. O, 1990-1995-ci illərdə Sinan Enginlə eyni həyatı bölüşüb. Seda Sayanın üçüncü evliliyi 1998-ci ildə Soner Yapcacıkla gerçəkləşib. Cütlük cəmi bir il bərabər olub. Tuncay Kıratlı sənətçinin dördüncü əridir. Onların evlilik dönəmi 2000-2001-ci illərə təsadüf edir. Seda Sayanın ömür-gün yoldaşlarının arasında Gökhan Şükür də var. Onlar 2004-2005-ci illərdə rəsmi nikahda olublar. Onur Şan müğənninin altıncı əridir. Seda Sayan-Onur Şan cütlüyü 2008-2010-cu illərdə bir yastığa baş qoyub. Sayanın sonuncu rəsmi evliliyi 2022-ci ildə baş tutub. Türkiyəli məşhur 4 ildir ki, özündən 25 yaş kiçik müğənni həmkarı Çağlar Öktenlə ailəlidir. Seda Sayanın imam nikahında olduğu iki kişinin adı gizli saxlanılır. Türkiyə mediasının iddiasına görə, sənətçinin uzun illər əvvəl imam nikahında yaşadığı kişilərdən biri məşhur müğənni Mahsun Kırmızıgül olub.

Səbinə Hüseynzadə / Metbuat.az

Seçilən
13
10
metbuat.az

10Mənbələr