AZ

Pentaqon gizli şəkildə əməliyyata hazırlaşır

Pentaqon Kubada mümkün hərbi əməliyyat üçün gizli şəkildə hazırlıq işləri görür.

Publika.az xəbər verir ki, bu barədə mənbələrinə istinadən "USA Today" qəzeti məlumat yayıb.

İddia olunur ki, Pentaqon ABŞ Prezidenti Donald Trampın müdaxilə əmri verəcəyi təqdirdə Kubada əməliyyat üçün tam hazır olmağa çalışır. Hazırda gizli şəkildə hərbi planlar qurulur.

Qeyd edək ki, daha öncə ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbətində Vaşinqtonun İranla münaqişəni həll etdikdən sonra Kubaya nəzər salacağını bildirmişdi.

Seçilən
6
8
publika.az

10Mənbələr