AZ

ABŞ və İran razılaşma astanasında – kritik mərhələ başladı

ABŞ ilə İran arasında aparılan danışıqlar yeni və həlledici mərhələyə daxil olub, tərəflər mümkün razılaşmaya əvvəlkindən daha yaxın görünür.

Musavat.com xəbər verir ki, Axios bu barədə ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ prezidenti Donald Trampın danışıqlar qrupu – Vens, Uitkoff və Kuşner gün ərzində İran tərəfi və vasitəçilərlə intensiv telefon danışıqları aparıb.

Bildirilir ki, təmaslar təkcə birbaşa deyil, paralel diplomatik kanallar vasitəsilə də davam etdirilib. Bu proses nəticəsində artıq çərçivə sazişinin əsas konturlarının formalaşdığı qeyd olunur.

Mənbənin sözlərinə görə, danışıqlar hələ yekun razılaşma ilə nəticələnməsə də, hazırkı dinamika tərəflərin kompromisə əvvəlkindən daha yaxın olduğunu göstərir.

 

Musavat.com

Seçilən
12
50
musavat.com

10Mənbələr