AZ

Millimizin futbolçuları azarkeşlərlə görüşəcək

Qadın futbolçulardan ibarət millimizin futbolçuları Manə Mollayeva, Yeliz Açar və Nərgiz Əliyeva azarkeşlərlə görüşəcək.

"Football-plus.az" xəbər verir ki, bu gün saat 11.30-da Azərbaycan İdman Akademiyasında keçiriləcək imza günü çərçivəsində futbolçular azarkeşlərlə bir araya gələcək, xatirə şəkilləri çəkdirəcək və imzalar paylayacaqlar.

Görüşün keçirilməsində əsas məqsəd azarkeşlərlə milli komanda üzvləri arasında əlaqələrin daha da gücləndirilməsidi.

Seçilən
5
4
football-plus.az

5Mənbələr