AZ

Diplomu olan yox, bu işi bacaranlar varlanır: Ən çox maaş onlara verilir

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Əmək bazarında ən çox axtarılan texniki peşələrin siyahısına santexnik-çilingərlər və qaynaqçılar başçılıq edir.Demokrat.az xəbər verir ki, "SuperJob" tədqiqat mərkəzinin rəhbəri Natalya Qolovanovanın sözlərinə görə, bu sahədə vakansiyaların əksəriyyəti namizədlərdən 1 ildən 3 ilə qədər iş təcrübəsi tələb edir.Təcrübə tələbi xüsusilə qaynaqçı və elektromexanik vakansiyalarında özünü qabarıq büruzə verir. Belə ki, qaynaqçı elanlarının 70%-ində iş təcrübəsi vacib şərt kimi qoyulur. Təcrübəsiz namizədlər üçün ən çox imkanlar quraşdırıcı, sürücü, xüsusi texnika maşinisti və santexnik-çilingər sahələrində mövcuddur.Cari ilin birinci rübündə kadr çatışmazlığının ən çox hiss olunduğu sahələr sənaye, tibb, bank və tikinti sektorlarıdır. Bu sahələrdə xüsusilə ixtisaslı fəhlə kadrlarına böyük ehtiyac duyulur. Maaş artımı templərində isə müəyyən ləngimə müşahidə edilir. İllik müqayisədə sənayedə əməkhaqqı artımı 6,5%, tikintidə isə 4,5% təşkil edib.Buna baxmayaraq, bəzi texniki sahələrdə gəlirlər kəskin yüksəlib. Məsələn, çilingərlərin aylıq qazancı ötən illə müqayisədə 1,5-2 dəfə artaraq rekord həddə çatıb. Sənayenin müxtəlif sahələrində, xüsusən kömür, neft-qaz və dağ-mədən sektorlarında çalışan mütəxəssislərin gəlirləri də nəzərəçarpacaq dərəcədə yüksəkdir. Avadanlıqların təmiri üzrə növbəli (vaxta) üsulla çalışan ustalara isə daha cəlbedici maaşlar təklif olunur.Yəni hazırda əmək bazarında ən çox santexnik, çilingər və quraşdırıcılara ehtiyac var, təcrübəli ustalar isə digər sahələrlə müqayisədə daha yüksək maaş alırlar.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
67
demokrat.az

1Mənbələr