AZ

Arda Gülərin dublu "Real"-a kömək etmədi - "Bavariya" yarımfinalda!

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Beləliklə, son 2 yarımfinalçının da adına aydınlıq gəlib.Maraqla gözlənilən qarşılaşmalardan biri Münhendə olub. “Bavariya” ötən həftə qalib gəldiyi “Real”ı qəbul edib. Bu dəfə rəqibini 4:3 hesabı ilə məğlub edən "Bavariya" mərhələni adlayıb. Münhen klubu 1/2 finalda PSJ ilə üz-üzə gələcək.

Londonda isə “Arsenal” 1 həftə əvvəl məğlub etdiyi “Sportinq”lə qarşılaşıb. Oyunda qol vurulmayıb və "Arsenal" növbəti mərhələyə yüksəlib. London klubu yarımfinalda “Atletiko”ya rəqib olub.

Qeyd edək ki, 1/2 finalın ilk oyunları 28-29 aprel, cavab matçları isə 5-6 may tarixlərinə nəzərdə tutulub.

Mətləb

Seçilən
1
1
sia.az

2Mənbələr