AZ

ABŞ nüvə silahı istehsalını artırır

Bakı. Trend:

ABŞ Soyuq müharibənin başa çatmasından sonra ən yüksək həcmdənüvə silahı istehsalı həyata keçirir.

Trend xəbər verir ki, bunuABŞ-ın energetika naziri Kris Rayt Nümayəndələr Palatasının BüdcəTəxsisatı Komitəsində keçirilən dinləmələr zamanı deyib.

Onun sözlərinə görə, ABŞ Energetika Nazirliyinin Milli NüvəTəhlükəsizliyi Administrasiyası yeni və artmaqda olan təhdidlərşəraitində təhlükəsiz, etibarlı və effektiv nüvə çəkindirməmissiyasını davam etdirir.

Rayt bildirib ki, nazirlik Soyuq müharibədən bəri görünməmişsəviyyədə yeni silahların tədarükünü həyata keçirir.

Qeyd edək ki, Rusiya ilə ABŞ arasında Strateji HücumSilahlarının Azaldılması Müqaviləsinin müddəti fevralın 5-də başaçatıb. Bununla yanaşı, Vaşinqton Moskvanın əsas məhdudiyyətlərindaha bir il qüvvədə saxlanılması ilə bağlı təklifini faktiki olaraqdəstəkləməyib.

Seçilən
21
az.trend.az

1Mənbələr