AZ

Rusiya qüvvələri 2500 nəfəri mühasirədə saxlayır

Rusiya qüvvələri tərəfindən mühasirəyə alınan Kostyantinovkada təxminən 2500 nəfər təxliyyə gözləyir.

Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, bu barədə Donetsk vilayətinin hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin məlumat verib. O qeyd edib ki, Rusiya bütün giriş yollarını atəşə tutduğu üçün hazırda humanitar yardımla şəhərə girmək və ya mülki şəxsləri təxliyə etmək mümkün deyil:

"Yalnız müdafiəçilərimiz Kostyantinovkadan çıxmaq istəyənləri təxliyə edə bilər. Təəssüf ki, oraya nə polis, nə də hakimiyyət orqanları daxil ola bilir. Giriş yalnız piyada mümkündür, lakin Rusiya qüvvələri bütün hərəkəti idarə edir və ərazini dronlarla izləyir".

Məlumat üçün bildirək ki, Ukrayna silahlı qüvvələrinin baş qərargahı 15 aprel saat 16:00-da Rusiya qüvvələrinin Kostyantinovka cəbhəsinə 11 hücum həyata keçirdiyini bildirib.

Aydın Baxış  

Seçilən
33
1
bakivaxti.az

2Mənbələr