AZ

Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi

Bakı. Trend:

Əlilliyi olan şəxslərin əl işlərinin satışından əldə etdiklərigəlirlərin vergiyə cəlb edilməsi qaydasında dəyişiklik edilib.

Trend-in əldəetdiyi məlumata görə, dəyişikliklər əsasən kameral və səyyar vergiyoxlamalarını əhatə edir.

Belə ki, mövcud qanunvericiliyə görə, əlilliyi olan şəxslərinmüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın rəsmiinternet saytı vasitəsilə elektron ticarət qaydasında əl işlərininsatışından əldə edilən gəlirlərindən xərclər çıxılmadan 2 % dərəcəilə vergi tutulur.

Yeni qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiDayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində yuxarıdanəzərdə tutulan satışlardan əldə edilən gəlirlərlə bağlı ödəməmənbəyində vergini tutmağa və tutulan vergilər barədə rüb başaçatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bəyannaməni vergiorqanına verməyə borclu olacaq.

Yuxarıda nəzərdə tutulan satışlardan əldə edilən gəlirlərdənxərclər çıxılmadan 2 faiz dərəcə ilə ödəmə mənbəyində verginintutulması hallarının araşdırılması üçün Avtomatlaşdırılmış Vergiİnformasiya Sistemindən kənar qaydada kameral vergi yoxlamalarıaparılacaq.

Ödəmə mənbəyində tutulan verginin yoxlanması zamanı yuxarıdanəzərdə tutulan satışlardan əldə edilən gəlirlərlə bağlı vergitutmaobyektinin düzgün müəyyən edilməsi araşdırılmalıdır.

Seçilən
39
7
az.trend.az

8Mənbələr