Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Amerika Ürək Assosiasiyasının jurnalında dərc olunmuş araşdırmaya görə, tənhalıq hissi degenerativ ürək qapağı xəstəliyinin inkişaf riskini artıra bilər.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, tədqiqatda 460 mindən çox yetkin iştirakçının məlumatları təhlil edilib. Onlar orta hesabla təxminən 14 il ərzində izlənilib və ürək qapağı xəstəliyinin yeni halları - klapanların sərtləşməsi, normal qan axınının pozulması müşahidə olunub.
Nəticələr göstərir ki, tənhalıq hissi keçirən insanlarda digərlərinə nisbətən risk 19 faiz daha yüksəkdir.
Tədqiqat müəllifləri vurğulayırlar ki, tənhalıq sadəcə emosional vəziyyət deyil, həm də fiziki sağlamlığa təsir edə biləcək amildir. Onlar əmindirlər ki, bu vəziyyətin müalicəsi ürək xəstəliyinin inkişafını yavaşlatmağa və cərrahi müdaxilələrə ehtiyacı azaltmağa kömək edə bilər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.