AZ

Bank sektoru 2026-cı ilin ilk rübündə 373 milyon manat xalis mənfəət əldə edib – ilkin hesablamalar

Azərbaycanda 2026-cı ilin I rübündə bank sektoru genişlənən kredit aktivliyi və yüksələn faiz marjası fonunda güclü mənfəət dinamikası nümayiş etdirib, gəlirliliyin əsas hissəsi isə sistem əhəmiyyətli banklarda cəmləşib.

Banker.az-ın bankların rüblük maliyyə hesabatlarına əsasən tərtib etdiyi cədvələ istinadən, sektor ilk rübdə 373 mln. manat xalis mənfəət əldə edib.

Bu göstərici 2025-ci ilin müvafiq dövründəki 253 mln. manatla müqayisədə 120 mln. manat və ya 48% artım deməkdir.

Xalis mənfəətin 309 mln. manatı və ya ümumi sektorun 83%-i TOP-5 bankın payına düşüb.

İlkin hesablamalara görə, xalis mənfəətdəki artım əsasən kredit portfelinin genişlənməsi fonunda faiz gəlirlərinin faiz xərclərindən daha sürətli artmasdırr. Nəticədə kredit-depozit marjası effekti xalis faiz gəlirlərinin yüksəlməsini dəstəkləyib.

Bu arada, daha çox müzakirə mövzusu olan komissiya gəlirləri hesabat dövründə artım nümayiş etdirsə də, bu artım faiz gəlirləri ilə müqayisədə daha zəif olub.

Seçilən
15
banker.az

1Mənbələr