AZ

Azər Bağırovdan ayrılıq iddialarına cavab

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"İmişli" ilə oyuna maksimum şəkildə hazırlaşırıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.Mütəxəssis heyətdə bəzi itkilərin olduğunu söyləyib: "Heyətdə bəzi itkilərimiz var. Son oyunlardakı məğlubiyyətləri futbolçular yaxşı dərk edirlər. Düşünürəm ki, bunun qarşılığında keyfiyyətli oyun sərgiləyəcəklər".O, son günlərdə komandadan ayrılacağı barədə yayılan xəbərlərə münasibət bildirib:"Komandadakı taleyimlə bağlı klub rəhbərliyi ilə görüşlərimiz olub. Bəzi məsələlər üzrə danışmışıq. Ümid edirəm ki, növbəti mövsümdə "Kəpəz"in tarixində yeni səhifə açılar və azarkeşlərimiz buna sevinər. Onlar komandalarını daim yüksəkdə görməyə layiqdirlər".Qeyd edək ki, "Kəpəz" növbəti turda "İmişli"ni qəbul edəcək. Matç aprelin 19-u, saat 15:30-da keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
1
sport24.az

2Mənbələr