AZ

Ənvər Sadıqovun oğlu hərbi xidmətə gedir

ain.az, Milli.az portalına istinadən məlumat verir.

Xalq artisti Ənvər Sadıqovun oğlu Hidayət Sadıqbəyli hərbi xidmətə yollanır.

Milli.Az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında paylaşıb.

Övladının yaxın günlərdə əsgər gedəcəyini qeyd edən Xalq artisti oğlu ilə birlikdə çəkilmiş fotolarını yayımlayıb.

"Allah cəmi övladlarımızı qorusun. Xidmətini sağ-salamat bitirib vətənimizə, ölkəmizə layiqli övlad olasan oğlum, inşaallah",-paylaşımında qeyd edib. 

Qeyd edək ki, 60 yaşlı sənətçinin oğlu Hidayət Sadıqbəyli də musiqiçidir. 

Milli.Az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
4
news.milli.az

9Mənbələr