AZ

İranda bütün məktəblər distant təhsilə keçir

İranda ölkə üzrə bütün məktəblər 21 apreldən etibarən distant təhsilə keçəcək.

"Unikal" xəbər verir ki, bu barədə İran İslam Respublikası Təhsil Nazirliyinin sözçüsü Əli Fərhadi açıqlayıb. 

Təhsil Nazirliyinin qərarına əsasən, məktəblərin iş rejimi növbəti xəbərdarlığa qədər distant olacaq. 

Bu qərarda hər hansı bir dəyişiklik və məktəblərdə şagirdlərin əyani fəaliyyətlərinin başlaması barədə şagirdlərə və valideynlərə üç gün əvvəldən məlumat veriləcəyi bildirilib. 

Ağarza Elçinoğlu 

Seçilən
17
50
unikal.az

10Mənbələr