AZ

Şagirdlər arasında bıçaqlı dava: 5 yaralı

Türkiyənin Malatya şəhərində iki qrup şagird arasında baş verən bıçaqlı dava nəticəsində 5 nəfər yaralanıb.

AzEdu.az-ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, ərazidə yerləşən bir məktəbin şagirdləri arasında təhqirləşmə səbəbindən başlayan mübahisə qısa müddətdə bıçaqlı davaya çevrilib. Nəticədə A.T.D., H.E., S.K., S.D. və Y.B.K. yaralanıb.

Daxil olan məlumat əsasında hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar müxtəlif xəstəxanalara yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
12
azedu.az

1Mənbələr