AZ

Bakıda tanışı ilə birgə ərini öldürməkdə təqsirləndirilən qadın 15 il azadlıqdan məhrum edilib

Bakının Sabunçu rayonunda ərini öldürməkdə təqsirləndirilən Leyla Abbasova 15 il müddətə, onunla birgə təqsirləndirilən Zahir Soltanov isə 18 il müddətə azadlıqdan məhrum ediliblər.

"Report" un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, Zahir Soltanov cəzasının ilk 5 ilini həbsxanada, qalanını ciddirejimli cəzaçəkmə müəssisəsində, Leyla Abbasova isə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Leyla Abbasovanın 17 il, Zahir Soltanovun isə 19 il müddətinə azadlıqdan məhrum edilmələrini istəmişdi.

Qeyd edək ki, hadisə 2025-ci ilin avqust ayında baş verib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, 29 yaşlı İkram Piriyevi Zabrat qəsəbəsində yaşadığı evdə qətlə yetirməkdə şübhəli bilinən onun həyat yoldaşı Leyla Abbasova və tanışı Zahir Soltanov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Zahir Soltanova qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), Leyla Abbasovaya qarşı isə 32, 120.2.9-ci maddəsi ilə yekun ittiham irəli sürülüb.

Seçilən
1
2
far.az

8Mənbələr