AFFA-da kadr islahatları davam edir.
Yeni rəhbərlik «köhnə komanda»nın nümayəndələrini bir-birinin ardınca federasiyadan yola salmaqdadır.
Bu dəfə növbə Günay Zamanlıya çatıb. Xeyli müddətdir Hüquq şöbəsinin rəisi postunu tutan funksioner iş yeriylə vidalaşıb.
2020-ci ildən texniki direktor vəzifəsində əyləşmiş Cahangir Həsənzadənin də aprelin 4-də AFFA-nı tərk etməsini diqqətinizə çatdıraq.
Qurum «Caqa» ləqəbli keçmiş qapıçıyla müqavilənin müddətini yeniləməyib.
SPORTİNFO.AZ
